Çərşənbə axşamı Soçişəhərində keçiriləcəkMDBXarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəriHikmət Hacıyev məlumat verib.
“Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov Minskdə MDBXarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir”, - H.Hacıyev bildirib.
Gündəliyə MDB çərçivəsində əməkdaşlığın geniş spektrini əhatə edən 18 məsələ daxildir.
Xüsusilə, iştirakçılar tərəfindən hərbi sahədə əməkdaşlıq, xüsusən də MDB ölkələri birləşmiş hava hücumundan müdafiə sisteminin uyğunlaşması layihəsinin əsas istiqamətləri layihəsi məsələsi müzakirə olunacaq.
Tədbirdə "Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası”, "Terrorçuluqla mübarizə və ekstremizmin digər təzahürləri, eləcə də onların maliyyələşdirilməsi sahəsində informasiya mübadiləsi haqqında Saziş" layihələri haqqında qərar qəbul edəcəklər.
O cümlədən humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənən bir sıra sənədlərin razılaşdırılması iclasda müzakirə olacaq. Bu sənədlərə "2019-cu ilin MDB-də "Kitab İli", 2020-ci ilin 1941-45-ci il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ili" elan olunması, həmçinin 2020-ci ilə qədər dövr ərzində idman, turizm və gənclər siyasəti sahəsində qarşılıqlı əlaqəyə dair gələcək fəaliyyəıt planı daxildir. **
R.Babayev