"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Banqkok və Ciddəyə uçuşlara yeni aksiya barədə elan edir.
“Oktyabrın 10-dan 29-a kimi aviabilet aldıqda Bakı-Banqkok-Bakı reyslərinə aviabiletin qiyməti 599 avro, Bakı-Ciddə-Bakı reyslərinə isə 399 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir”, - məlumatda deyilir.
Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.
Reyslər Boeing-767 (Bakı-Banqkok) və Airbus A320 (Bakı-Ciddə) laynerləri ilə yerinə yetiriləcək. **
N.Abbasova