Azərbaycan Rusiya ilə yanaşı MDB və Gürcüstana birbaşa kapital qoyuluşlarının netto-ixracatçısı olan iki ölkədən biridir. Bu barədə Avrasiya İnkişaf Bankının İnteqrasiya Tədqiqatları Mərkəzinin “MDB ölkələrində qarşılıqlı investisiyaların monitorinqi - 2017” adlı məruzəsində deyilir. Məruzə investisiya layhələri bazasının məlumatlarına əsaslanır.
“Azərbaycan Rusiya ilə yanaşı MDB və Gürcüstana birbaşa kapital qoyuluşlarının netto-ixracatçısı olan iki ölkədən biridir. 2016-cı ildə postsovet ölkələrinə Azərbaycanın birbaşa xarici investisiyaları $2,4 mlrd.-ı ötərək fasiləsiz artım ilə xarakterizə olunur (2015-ci ilin səviyyəsinə nisbətdə 19,4% artım)”, - monitorinqin məlumatlarında qeyd olunur.
Məruzədə bildirilir ki, əlverişsiz iqtisadi konyukturaya baxmayaraq, Azərbaycan əvvəlki kimi, regiona, öncə nəqliyyat layihələrinə sərmayə yatırmağa hazırdır. Bununla yanaşı, postsovet məkanında Azərbaycanın birbaşa xarici investisiyalarının coğrafiyası genişlənir - onlar artıq beş dövlətdə qeydə alınıb (Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus).
MDB ölkələrinin toplanmış birbaşa xarici investisiyaların dinamikasında azalma trendi (2013-2015-ci illərdə) mühün artım ilə əvəzlənib. Son məlumatlara əsasən, 2016-cı il ərzində MDB ölkələri və Gürcüstanın toplanmış qarşılıqlı birbaşa xarici investisiyalarının həcmi üç il azaldıqdan sonra 7,9% - $45,1 mlrd.-dək artıb.
MDB ölkələri və Gürcüstanın toplanmış qarşılıqlı birbaşa xarici investisiyalarının 59%-i MDB-nin iri investorlarının onluğunun payına düşür. Burada nəinki Rusiya, həm də Belarus, Azərbaycan və Qazaxıstan şirkətləri yer tutur.
“MDB-də qarşılıqlı birbaşa xarici investisiyaların gələcək dinamikası Avrasiya İttifaqı daxilində investisiya fəallığı, ilk növbədə Rusiya tərəfindən müəyyən ediləcək. 2013-2015-ci illərdə qarşılıqlı investisiyaların azaldığı dövrdə AvrasiyaİqtisadiBirlikdə onların həcmi daha zəif aşağı düşüb. 2016-cı ildə investisiyaların həcmi artanda, Birlikdə onların həcmi iki dəfə artırdı (8%-ə qarşı 16%), - bankın məlumatında İnteqrasiya Tədqiqatları Mərkəzinin direktoru Yevgeni Vinokurovun sözlərindən sitat gətirilir. **
A.Əzizov