2017-ci sentyabrın 1-nə Azərbaycanda banklar tərəfindən 2,495 min ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Avqustun 31-nə Bakıda 1,353 min ədəd (artım 2,3%), regionlarda 1,142 min ədəd bankomat (artım 0,8%) quraşdırılıb.
AMB-nin məlumatına görə, yanvar-avqust aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə sentyabr ayının əvvəlinə onların sayı 68,437 min ədəd (azalma 4,7%) təşkil edib.
Bununla yanaşı, Bakıda 38,784 min ədəd (azalma 4,3%), regionlarda 29,653 min ədəd (azalma 5,3%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 67,35 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,4%-i quraşdırılıb. **
N.Abbasova