2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft hasilatı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8% azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə əmtəə qazının hasilat həcmi 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,4% azalıb.
2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil edib.
Energetika Nazirliyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır. **
N.Abbasova