Ötən gün Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların 10-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 29 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. **
R.Babayev