Beynəlxalq Valyuta Fondu (BVF) 2017-cı il üçün Azərbaycanda ÜDM-in artımını 1% səviyyəsində proqnozlaşdırır. Bu barədə dünya iqtisadiyyatının (World Economic Outlook, WEO) oktyabr ayına olan proqnozunda qeyd edilir.
Aprel ayında BVF cari il üçün Azərbaycanda ÜDM-in azalmasını 1% səviyyəsində proqnozlaşdırıb.
2018-ci il üçün Fond Azərbaycanda ÜDM-in artımını 1,3% səviyyəsində proqnozlaşdırır (aprel ayının proqnozu - 2%).
Fondun qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda iqtisadi artım 3,1%-dək sürətlənəcək.
Fondun yenilənmiş proqnozlarına əsasən, 2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 12% (aprel ayına olan proqnoz 10%), 2018-ci ildə 8% (aprel ayına olan proqnoz 8%), 2022-ci ildə 6% təşkil edəcək.
Fondun qiymətləndirmələrinə görə, 2017-ci ildə Azərbaycanda tədiyyə balansının profisiti ÜDM-in 1,9%-ni (aprel ayı üçün proqnoz - ÜDM-in 1,3%-i), 2018-ci ildə ÜDM-in 2,5%-ni (aprel ayı üçün proqnoz ÜDM-in 3,8%-i), 2022-ci ildə ÜDM-in 5,4%-ni təşkil edəcək.
Azərbaycan hökuməti cari il üçün ÜDM-in artımını 1%, orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə Azərbaycanda ÜDM-in azalması 3,1%, inflyasiya 12,4% təşkil edib. **
A.Əzizov