Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda prezidenti Pol Kaqameyə təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
E.Abdullayev Bakı ilə Kiqali arasında ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Ruanda ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
P.Kaqame öz növbəsində Ruandanın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib. **
R.Babayev