Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanındaDövlət Radiotezliklər İdarəsi 2017-2019-cu illər ərzində maliyyə hesabatının auditini keçirmək üçün müstəqil auditor seçir. Bu barədə DRİ-nin elanında qeyd olunur.
“DRİ 2017-2019-cu illər ərzində maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə auditinin aparılması üçün auditor seçir”, - elanda deyilir.
Şirkətlərdən tender təklifləri onun dəyərinin 2%-i qədər bank təminatı ilə noyabrın 22-dək qəbul ediləcək. Tender proseduru noyabrın 23-də baş tutacaq. **
N.Abbasova