2017-ci ilin sentyabr ayında Azərbaycanda inflyasiya 0,7% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin sentyabr ayında Azərbaycanda inflyasiya 0,7% təşkil edib. Bununla belə, ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb”, - Komitədən bildiriblər.
Sentyabrın yekunları üzrə orta illik qiymət 13,9%-dək artıb. Həmçinin il ərzində ərzaq malları 17,9%, qeyri-ərzaq malları 12,5%, xidmətlər 9,6% bahalaşıb.
Azərbaycan hökuməti 2017-ci ildə orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,4% təşkil edib. **
A.Əzizov