Azərbaycan iqtisadiyyatına Almaniyanın birbaşa investisiyaları $460 mln.-u ötüb. Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
“Almaniyadan Azərbaycana birbaşa investisiyaların həcmi $460 mln.-u ötüb. Bu vəsait bütövlükdə qeyri-neft sektorunun inkişafına yönəldilib. Öz növbəsində Azərbaycan şirkətlərinin Almaniyada müxtəlif layihələrə birbaşa investisiyaları $120 mln. təşkil edib”, - S.Babayev çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda bildirib.
O həmçinin qeyd edib ki, cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanla Almaniya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi $500 mln.-u ötüb.
Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda Almaniya kapitalı ilə 200-dən artıq şirkət qeydiyyatdan keçib. **
N.Abbasova