Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sammitdə siyasi, iqtisadi, mədəni-humanitar və digər əsas istiqamətlərdə əməkdaşlığın gələcək inkişafına yönələn kompleks məsələlərin baxılması nəzərdə tutulur.
Tədbir çərçivəsində MDB-də qarşılıqlı əlaqələr, həmçinin Birlikdə sədrlik məsələləri, MDB Dövlət Başçıları Şurasının növbəti iclasının tarixi və yerinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Geniş tərkibdə iclasda iqtisadiyyat, mədəniyət-humanitar, müdafiə siyasəti, xarici sərhədlərin mühafizəsi, terrorçuluğa qarşıdurma sahələrində əməkdaşlığın gələcəkdə inkişafı, o cümlədən Birliyin yeni reallıqlara adaptasiyasına yönələn bir sıra layihələrə yönələn mühüm məslələrin müzakirəsi nəzərdə tutulur. **
R.Babayev