Cari il oktyabrın 24-də Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək. Bu barədə nazirlikdən məlumat verilib.
“Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib.İctimai Şura üzvlüyünə 11 nəfərin namizədliyi qeydə alınıb.İctimai Şura üzvlüyünə seçkilərin keçirilməsi ilə bağlı namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda İctimai Şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçiləcək”, - məlumatda qeyd olunur.
İctimai Şuranın yaradılmasında məqsəd vətəndaşlar və vətəndaş cəmiyyətinin nazirliyin fəaliyyətinin istiqamətləri üzrə hüquqi aktların qəbulu prosesində iştirakı və nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilinin təmin edilməsidir.
İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi 22 may 2017-ci il tarixindən başlayıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin hər təsisatı tərəfindən yalnız bir bir nəfər namizədliyini irəli sürə bilər.
Seçki Komissiyasına nazirlik və vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrindən 9 nəfər daxildir. **
N.Abbasova