Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycan, Belarus və Türkiyə arasında kooperasiyanın vacibliyini qeyd edir.
“Bu, münasibətlərin inkişafına yeni təkan verməlidir”, - BELTA agentliyinin məlumatına görə, bunu O.Əsədov Minskdə Belarus Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında münasibətlər çox yüksək siyasi səviyyədədir.
İqtisadi əməkdaşlığa gəlincə, O.Əsədovun fikrincə, onu regionlar səviyyəsində şaxələndirmək lazımdır. “Əgər hər bir regionda hansısa firmalar arasında təmas nöqtələri tapsaq, ümumi həcmdə bu dövlətlərarası əlaqələrin inkişafına böyük kömək olacaq”, - o qeyd edib.
“Belarus Azərbaycanla ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı yay sessiyası zamanı PA-da yaradılan İpək Yoluna Dəstək Qrupunda fəal əməkdaşlıq etmək niyyətindədir”, - V.Andreyçenko vurğulayıb.
O xatırladıb ki, Azərbaycan tərəfi təklif irəli sürüb, Belarus isə ATƏT PA-da İpək Yoluna Dəstək Qrupunun həmtəsisçisi qismində çıxış edib. “Belarus tərəfi bu rupda fəal əməkdaşlığa ümid edir”, - V.Andreyçenko əlavə edib ki, Belarus nüayəndələri Bakıda keçiriləcək İpək Yoluna Dəstək Qrupuna həsr olunan konfransda iştirak etməyi planlaşdırırlar.
“Gündəliyə daha çox iqtisadi, investisiya, logistika layihələrinin daxil olması vacibdir”, - Belarus spikeri bildirib.
O qeyd edib ki, Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşıdır, “iki ölkə arasında tamformatlı qarşılıqlı səmərəli əməkdaşlıq üçün hər cür şərait yaradılıb”.
“Biz birgə səylərlə Minsk Bəyannaməsinə Azərbaycan, Belarus və Rusiya Federasiyasına qarşı yönəlmiş İsveç qətnaməsinin daxil edilməsinin qarşısını aldıq. Beynəlxalq gündəliyin bütün məsələləri üzrə yanaşmalarımızın praktiki olaraq üst-üstə düşməsi mühümdür”, - V.Andreyçenko bəyan edib.
O ASK, təhsil, İT sahələrində əməkaşlığın inkişafının vacibliyini qeyd edib. **
R.Babayev