Belarus Azərbaycana məhsulların üçüncü ölkələrə ixracının təşkil etməyi təklif edir.
“Belarus Şurasının sədri Mixail Myasnikoviççərşənbə günü Minskdə Milli Məclisin spikeri Oqtay Əsədova Belarus və Azərbaycan istehsalçılarının üçüncü - İran, Türkiyə və s. ölkələrə birgə çıxış perspektivlərinin müzakirəsini təklif edib”, - BELTA agentliyi məlumat verir.
İkitərəfli görüş zamanı M.Myasnikoviçqeyd edib ki, Belarus Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır. “Belarus ərazisində Azərbaycan investisiyaları var, lakin hesab edirəm ki, onların həcmi daha da artıq ola bilər. Biz daha da aktivləşə bilərdik”, - M.Myasnikoviçvurğulayıb.
O bildirib ki, hazırda Belarusda Azərbaycan kapitalı ilə 58 rezident-şirkət, Azərbaycanda müxtəlif Belarus mülkiyyəti ilə 70-ə yaxın nümayəndəlik fəaliyyət göstərir.
M.Myasnikoviçqeyd edib ki, iki ölkənin potensialı daha yüksəkdir və parlamentə bunun tətbiqi üzərində çalışmağı təklif edib. O həmçinin iki ölkə arasında sənaye kooperasiyasının inkişafı məqsədilə komfortlu şərtlərin yaradılması üzrə işləri qeyd edib.
Spiker Gəncə Avtomobil Zavodunu misal çəkərək vurğulayıb ki, 10 il ərzində traktor, avtomobil və kommunal texnikanın istehsalı üçün Belarus ehtiyat hissələrinin ixracı $400 mln.-a yaxın təşkil edib. Zavodda artıq BELARUS markalı 10 minə yaxın traktor və 3,8 min yük avtomobili buraxılıb.
M.Myasnikoviçkommunal texnikanın istehsalına həmçinin Almaniya şirkətlərinin cəlb edilməsi faktını müsbət qiymətləndirib. **
R.Babayev