Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova etimadnaməsini bu ölkənin prezidenti Doris Löytharda təqdim edib. Bu barədə Azərbaycanın Berndəki səfirliyindən məlumat verilib.
Dövlət başçısı İsveçrə ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb.
X.İbrahimova öz növbəsində Bakının Bern ilə münasibətlərə böyük önəm verdiyini qeyd edib, ikitərəfli əməkdaşlığın inkişaflı üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunulub, İsveçrə tərəfinin bu münaqişənin həlli üzrə danışıqlar üçün platforma təqdim etməsi məmnunluqla qeyd edilib.
Həmsöhbətlər enerji sahəsindəki əməkdaşlığı müzamkirə ediblər, İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyəti müzakirə olunub və İsveçrə şirkətlərinin qeyri-neft sektoruna sərmayə yatırdıqları qeyd edilib. **
R.Babayev