“Etihad Airways” aviaşirkəti 2018-ci il martın 2-dən etibarən Abu Dabi-Bakı istiqamətləri ilə mütəmadi reyslər həyata keçirəcək. Bu barədə şirkətin saytında məlumat verilir.
“Yeni marşrutun açılışı BƏƏ ilə Azərbaycan arasında reyslərə artan tələbatla əlaqədardır. Uçuşlar həftədə 3 dəfə (çərşənbə, cümə və şənbə günləri) Airbus A320 təyyarəsi vasitəsilə həyata keçiriləcək”, - məlumatda vurğulanır.
Abu-Dabi hava limanından uçuş yerli vaxtla 10:10, Bakıya eniş 13:15-də, geriyə isə Bakıdan 16:30-da və Bakıya eniş 19:25-də həyata keçiriləcək.
Məlumatda şirkətin icraçı direktoru Piter Baumqatnerə istinadən vurğulanır ki, Abu Dabi və Bakı arasında reysin açılışı “BƏƏ və Azərbaycan arasında işgüzar, turist və mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini nümayiş etdirir”.
“Son aylar ərzində BƏƏ və Fars körfəzi ölkələrindən Azərbaycana turist axınını nəzərə alaraq, əminik ki, yeni marşrut BƏƏ-dən turist axınını artıracaq. Öz növbəmizdə, Abu-Dabiyə reyslərdə Azərbaycan vətəndaşlarını salamlamaq imkanını səbirsizliklə gözləyirik”, - P.Baumqatner belə hesab edir. **
N.Abbasova