Bakı Düşənbəyə müxtəli sahələrdə birgə müəssisələrin yaradılmasını təklif edir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirliyin məlumatına görə, Ş.Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyevlə görüşüb.
“Nazir qeyd edib ki, Azərbaycan və Tacikistan arasında ticarət, metallurgiya, tranzit, turizm, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial var. Onun fikrincə, bir sıra sahələrdə birgə müəssisələrin yaradılması üçün geniş imkanlar mövcuddur”, - məlumatda deyilir.
R.Soliyev öz növbəsində bildirib ki, Tacikistandan olan turistlər Azərbaycanın Naftalan şəhərinə böyük maraq göstərir.
“Görüşdə Gəncə Alüminium Zavodu ilə Tacikistanın Alüminium Zavodu arasında əməkdaşlıq, Bakı və Düşənbə arasında birbaşa aviareyslərin açılması, metallurgiya, tranzit və s. sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb”, - məlumkatda vurğulanır. **
A.Əzizov