Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 12-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7003 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 12-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0194 manat/1EUR səviyyəsində müəyyənləşdirilib.
AMB oktyabrın 12-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0294 manat/1RUB səviyyəsində müəyyən edib.*
A.Əzizov