Azərbaycan dünyada neftin qiymətinin sabitləşməsinə bundan sonra da töhfə verməyə hazırdır. Bunu bu gün Bakıda keçirilən “Argus 2017” Beynəlxalq neft sammitində energetika nazirinin müavini Natiq Abbasov deyib.
"Cari ilin əvvəlindən neftin qiymətinin bahalaşması neft hasil edən ölkələrin düzgün addım atdığını göstərir. Azərbaycan OPEK-in dünyada neftin qiymətinin sabitləşməsi üçün neft hasilatının azaldılmasına dair təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və üzərinə götürdüyü öhdəlikləri indiyə qədər tam həcmdə yerinə yetirir", - deyə o bildirib.
Nazir müavini əlavə edib ki, "Azərbaycan gələcəkdə də dünyada neftin qiymətinin sabitləşməsi üzrə ümumi işə töhfə verməyə hazırdır".*
N.Abbasova