İndiyədək BP və onun Azərbaycandakı layihələr üzrə tərəfdaşlarının investisiyaları $67 mlrd.-ı ötüb. Bunu
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons
Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.
“BP və onun Azərbaycandakı layihələr üzrə tərəfdaşlarının investisiyaları $67 mlrd.-ı ötüb. İndiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,2 mlrd. barrel neft və 30 mlrd. kubmetr səmt qazı hasil edilib. Hasilata başlanandan bütün dövr ərzində “Şahdəniz” yatağından 85 mlrd. kubmetr qaz hasil olunub”, - Q.Cons vurğulayıb.
O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” yaradılması layihəsinin reallaşdırılması Xəzər dənizi regionundan Avropaya qaz tədarükünün əsasını qoyacaq.
Bundan başqa, onun fikrincə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənib başa çatmasına dair müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatına yeni iri investisiya yatırımlarına start verəcək.
SOCAR prezidenti Rövnəq Abdullayevöz növbəsində qeyd edib ki, AÇG blokunun 20 illik istismar olunmasına baxmayaraq, hazırda həmin blokda neft ehtiyatları 550 mln. tondan artıq səviyyədə qiymətləndirilir və “bu son rəqəm deyil”. **
N.Abbasova