Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ticarət obyektlərinin «Shopping festival»a marağın və iştirakçıların sayının artdığını qeyd edir.
“Bu günə 578 ticarət və xidmət obyekti ikinci «Shopping festival»a qatılmaq qərarı qəbul edib, bu da ilk festivalda iştirak edən şirkətlərin sayı 3 dəfə çoxdur. Cari ilin yazında 205 obyekt və şirkət birinci «Shopping festival»ın iştirakçısı olub”, - Ə.Qarayev cümə axşamı mətbuat konfransında bildirib.
Həmçinin nazir “tax free” sisteminə qoşulan ticarət obyektlərinin sayının 2,5 dəfə artdığını qeyd edib. “Birinci «Shopping festival»da əldə olunan mallara görə ƏDV-nin qaytarılması 172 obyekt tərəfindən həyata keçirilib. İkinci festival zamanı bu prosedur artıq 467 ticarət şirkəti tərəfindən tətbiq olunacaq”, - Ə.Qarayev qeyd edib.
Onun sözlərinə görə, alıcılara güzəştlər və müxtəlif hədiyyələr təqdim edən festivalın tərəfdaşlarının sayı da 3 dəfə artıb. “Birinci «Shopping festival»da ƏDV-nin qaytarılması əvəzinə 33 tərəfdaş alıcılar üçün güzəştli paket tətbiq edib. Bu gün həmin tərəfdaşların sayı 111-dək artıb”, - nazir vurğulayıb.
Ə.Qarayev əlavə edib ki, birinci festivaldan fərqli olaraq, ikincidə ƏDV-nin qaytarılma sistemi supermarket və aptek şəbəkələri tərəfindən tətbiq olunacaq.
“Neptun” və “Bravo” sipermarketlər şəbəkəsi də ƏDV-nin qaytarılma sistemini tətbiq etməklə festivalda iştirak etmək qərarı qəbul ediblər. Lakin bu qayda ərzaq məhsullarına aid olmayacaq. O cümlədən, ilk dəfə güzəştli prosedurlar apteklər tərəfindən tətbiq ediləcək”, - Ə.Qarayev bildirib.
Nazir məlumat verib ki, “vahid proqram çərçivəsində” turistlər üçün xüsusi güzəşt paketləri “Azərbaycan Hava Yolları” (AZAL) və 15 otel tərəfindən tətbiq olunacaq.
“İkinci festival Azərbaycana turist axının artırılmasına yönəlib. Cari ilin yayında 2016-cı ilin analoji dövrü ilə müqayisədə xarici turistlərin 25% artımı qeyd edilib. Sentyabrda artım cəmi 7% təşkil edib, bu da məzuniyyət dövrünün başa çatması və tədris müəssisələrinin işinin başlaması ilə əlaqədardır. Ümid edirik ki, oktyabr-noyabr aylarında Azərbaycana turist axının artımı üçün əlverişli şərait yaradılacaq. Bunun üçün xüsusi turist proqramları hazırlanacaq”, - o bildirib.
Ə.Qarayevin sözlərinə görə, ƏDV-nin qaytarılması 10 bank şöbəsi vasitəsilə həyata keçirləcək.
Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda ikinci «Shopping festival» keçiriləcək.
Birinci festival 2017-ci il apelin 10-dan mayıpn 10-dək keçirilib. **
R.Babayev