Noyabrın sonunda Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu ilə yük daşımaları həyata keçiriləcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Cavid Qurbanov məlumat verib.
"Azərbaycan ərazisində Astara-Astara dəmir yolunun və Astara çayı üzərində körpünün tikintisi artıq başa çatıb. Hazırda İran ərazisindəki işlər tamamlanma mərhələsindədir. Yük qatarlarının bu yolla 2017-ci il noyabrın sonunda hərəkətə başlaması planlaşdırılır", - deyə o, bu gün Bakıda keçirilən “Argus-2017” beynəlxalq neft sammitində bildirib.*
N.Abbasova