SOCAR (ARDNŞ) və Rusiyanın “Transneft” şirkəti arasında 2018-ci il üçün Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqlinə dair müqavilə imzalanıb. Bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi rəisi Ədnan Əhmədzadə bəyan edib.
“2018-ci ilə Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqlinə dair müqavilə imzalanıb. Gələn il üçün bu marşrut ilə neft tədarükünün həcmi 1,3-1,5 mln. ton səviyyəsində bəyan edilib”, - Ə.Əhmədzadə dəqiqləşdirib.
O həmçinin əlavə edib ki, cari ilə Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin həcmi 1,3 mln. ton səviyyəsində təsdiq olunub. **
N.Abbasova