Roman Rudakov “VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin yeni üzvü təyin olunub. Bu barədə bankdan məlumat verilib.
R.Rudakov 2017-ci ildən “VTB Bank (Azerbaijan)”ın " maliyyə departamentinə rəhbərlik edir.
R.Rudakov Belqorod Dövlət Universitetini, həmçinin Moskva Dövlət polad və ərintilər institutunu bitirib. O, bank sahəsində böyük təcrübəyə malikdir. R.Rudakov Rusiyanın “Uralsib”, “PromServisBank”, “Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb. **
A.Əzizov