SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-sentyabr aylarında 5 mln. 579,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Cari ilin sentyabr ayında SOCAR tərəfindən 615,8 min ton neft hasil olunub.
2017-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 28 mln. 820,8 min ton (azalma 7,9%) təşkil edib.
Sentyabrda Azərbaycan üzrə hasilat 3 mln. 219,6 min ton təşkil edib.
2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub. **
N.Abbasova