SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-sentyabr aylarında 4 mlrd. mln. 457,8 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Cari ilin sentyabr ayında respublika üzrə qaz hasilatı 498,7 mln. kubmetr həcmində olub.
2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan üzrə 21 mlrd. 118,1 mln. kubmetr qaz (azalma 5,3% - İF-Az), o cümlədən sentyabrda 2 mlrd. 414 mln. kubmetr qaz hasil edilib.
SOCAR 2016-cı ildə 6 mlrd. 266,7 mln. kubmetr qaz hasil edib. **
N.Abbasova