Rusiya prezidenti Vladimir Putin İrana səfər etməyi planlaşdırır. Bu barədə “İnterfaks”a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Səfərə hazırlıq gedir", - deyə o, Azərbaycan, Rusiya və İran prezidentlərinin noyabrın 1-də Tehranda üçtərəfli görüşünün planlaşdırılmasına dair İran tərəfinin yaydığı məlumatın təsdiq edilməsi xahişinə cavab olaraq bildirib.
Daha əvvəl RF prezidentinin köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, V.Putin Azərbaycan, Rusiya və İran liderlərinin üçtərəfli görüşündə iştirak etmək üçün ilin sonunadək Tehrana səfər edəcək.*