SOCAR şirkəti (ARDNŞ) illik 2 mln. ton gücünə malik neftin ilkin emalı üzrə qurğunu keçmiş “Azneftyağ” NEZ-dən Heydər Əliyev adına Neft Emalı Zavoduna köçürməyi planlaşdırır. Bu barədə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidentiTofiq Qəhrəmanov məlumat verib.
“Hazırda Azneftyağ” NEZ-dən neftin ilkin emalıüzrə qurğunun sökülməsi və BNEZ-də quraşdırılması məsələsi müzakirə olunur. Müvafiq şirkətlərin iştirakı ilə bu məsələyə dair layihə tədqiqatları aparılır”, - T.Qəhrəmanov bu gün Bakıda keçirilən “Argus-2017” beynəlxalq neft sammitində bildirib.
Vitse-prezidentin sözlərinə görə, qurğunun bir zavoddan digərinə köçürülməsi 32 ay müddətinə başa gələcək.
Bununla belə, o işlərin başlanması tarixini dəqiqləşdirməyib. **
N.Abbasova