Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev cümə axşamı Bakıda ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.
“Görüşdə Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb”, - nazirliyin məlumatında deyilir.
Bundan əlavə, K.Vəliyev L.Kuperə regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verib. **
A.Əzizov