2017-ci ilin aprel-oktyabr aylarında “AzerGold” QSC Azərbaycanda hasil olunan qızıl və gümüş satışından $62,25 mln. (105,8 mln. manat) gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən bildiriblər.
“AzerGold” aprel ayında “Argor-Heraeus”şirkətinin affinaj etdiyi qızıl-gümüş tərkibli xəlitənin ixracına başlayıb.
“Aprel-oktyabr aylarında “AzerGold” 68,4 min unsiya qızıl və gümüş satıb. Onların satışından gəlir $62,25 mln. (105,8 mln. manat) təşkil edib”, - şirkətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, ümumilikdə 2017-ci ildə “AzerGold” 70 min unsiya qızıl və 90 min unsiya gümüş satışından $85 mln.-dan artıq (145 mln. manata yaxın) gəlir əldə etməyi planlaşdırır. **
A.Əzizov