Çin bazarı Azərbaycanın şərab məhsullarının satışı üçün əsas bazarlardan biri kimi hesab edilir. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)rəhbəri Rüfət Məmmədov deyib.
“Çin dünyada üç iri şərab idxalçılarından biridir. Buna görə Çin bazarına Azərbaycanın şərab məhsullarının satışı üçün əsas bazarlardan biri kimi baxırıq”, - R.Məmmədov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Çin bazarına şərab məhsullarının ixracının təşkili üçün ciddi addımlar həyata keçirir. “Bu gün Azərbaycanın 9 şərab istehsalçı şirkəti öz məhsullarını Çinə tədarük edir”, - R.Məmmədov qeyd edib.
O əlavə edib ki, Azərbaycanın şərab məhsulları istehsalçıları noyabrda Honkonqda keçiriləcək iri beynəlxalq şərab sərgisində iştirak edəcəklər. **
R.Babayev