Azərbaycan şirkətləri təşkil edilmiş ixrac missiyaları çərçivəsində qeyri-neft məhsullarının xaricə ixracına dair 30-a yaxın saziş imzalayıb. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.
"Bundan başqa, ilkin razılaşmalar əldə edilib, müxtəlif ölkələrdən Azərbaycanın qeyri-neft məhsullarının ixracı ilə bağlı sifarişlər daxil olur", - deyə o, bu gün mətbuat konfransında bildirib.
2016-cı ildə Azərbaycan 3, 2017-ci ildə 6 ixrac missiyası təşkil edib.
Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlar "ənənəvi satış bazarları ilə yanaşı, Azərbaycan üçün yeni bazarlara da ixrac həcmlərini artırmağa imkan verir. "Bu istiqamətdə görülən tədbirlər qeyri-neft məhsullarını bizim üçün ənənəvi olan Rusiya, Gürcüstan və Belarusa, eləcə də Kanada, Rumıniya, Polşa, Avstraliya və Seyşelə ixrac etməyə imkan verir, - deyə R.Məmədov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan şərab və digər spirtli içkilərin ixracına böyük əhəmiyyət verir. "Qeyri-neft məhsullarının ümumi ixrac həcminin 62%-i şərab-araq məhsullarımızın payına düşür, buna görə Azərbaycan şərablarının istehsalı istiqamətində xüsusi addımlar atılır", - deyə AZPROMO prezidenti əlavə edib.
O deyib ki, Azərbaycan ilk dəfə olaraq BƏƏ-yə ət məhsullarının ixracına başlayıb. "Biz BƏƏ-yə ət məhsulları ixrac etməyə başlamışıq. Bu ölkəyə, həmçinin alma, konfet, meyvə və tərəvəz ixrac edirik. Bundan başqa, Azərbaycan Maldivə, Malayziyaya alma ixracı həyata keçirir ki, bu da şirkətlərimizin beynəlxalq sərgilərdə fəal iştirakının nəticəsidir", - deyə R.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycandan Almaniyaya fındıq və nar şirəsi, Qətərə bal, toyuq yumurtası və başqa məhsullar, Əfqanıstana toyuq yumurtası ixrac edilir. Pakistana meyvə şirələrinin ixracına başlanılıb". "Biz Qazaxıstana kənd təsərrüfatı texnikası, şərab, park mebeli və boya ixrac edirik", - deyə o qeyd edib.
"Azərbaycan ixracatçıları maliyyə təşviqi mexanizmi vasitəsi ilə dövlət büdcəsindən 2 milyon 179 min manat məbləğində subsidiya alıb", - deyə R.Məmmədov bildirib.*
R.Babayev