Noyabr ayında Azərbaycan Sankt-Peterbur şəhərinə ixrac missiyası yollamağı planlaşdırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev məlumat verib.
“Cari ilin sonuna kimi dörd ixrac missiyasının təşkili planlaşdırılır”, - Y.Abdullayev cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, cari ilin noyabr ayında Çin və Rusiyaya ixrac missiyaları təşkil ediləcək. “Noyabrın ortalarında Sankt-Peterbur şəhərinə ixrac missiyası təşkil olunacaq. Missiyaya ərzaq məhsulları sahəsinin nümayəndələıri daxil olacaq”, - o qeyd edib.
Y.Abdullayev vurğulayıb ki, dekabrda BƏƏ və Səudiyyə Ərəbistanına Azərbaycanın ixrac missiyaları təşkil ediləcək. **
A.Əzizov