Ötən gün Azərbaycan ərazisində baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların 12-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 45 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. **
R.Babayev