Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları $95 min məbləğində xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşından əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən 95 min ABŞ dolları aşkar olunub”, - məlumatda deyilir. **
R.Babayev