2018-ci ildən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlanılacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
“Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına gələn ildən başlanılacaq. Bununla əlaqədar İsveçrənin "Stadler" zavoduna 30 vaqon sifariş verilib”, - C.Qurbanov cümə günü jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oktyabrın 30-da keçiriləcək. **
A.Əzizov