Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov bu gün nazirliyin kollektivinə təqdim olunub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
P.Şahbazov ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib.
O, ölkəmizdə energetika sektorunun qloballaşma dövrünün tələblərinə uyğun inkişafı və bu sahədə beynəlxalq təcrübənin tətbiqinin zəruriliyini vurğulayıb.
Prezident İlham Əliyev oktyabrın 12-də P.Şahbazovun energetika naziri təyin olunması haqqında sərəncam imzalayıb.*
A.Əzizov