2017-ci ilin yamvar-sentyabr aylarında “SOCAR Methanol” MMC 240 min ton metanol istehsal edib. Bu barədə şirkətin baş direktoru Elnur Mustafayev cümə günü Bakıda keçirilən “Argus-2017” Beynəlxalq neft sammitində çıxışında bildirib.
“Fəaliyyət göstərdiyi dövr ərzində matanol zavodu (2014-2017-ci illər) 644 min ton metanol, həmçinin 2017-ci ilin ötən dövrü ərzində 240 min ton metanol istehsal edib”, - E.Mustafayev bildirib.
Onun sözlərinə görə, istehsal olunan məhsulların 95%-dən çoxu ixraca yönəldilir. Məhsulların əsas satış bazarları Türkiyə, Sloveniya, İsrail, Qazaxıstan, Rumıniya, İspaniya, Misir, Belçika və İtaliyadır.
Daxili bazarın metanola tələbatı cəmi 5% təşkil edir. “Lakin biz daxili bazara məhsul tədarükünün həcmini artırmaq istəyirik. Yerli matanol alıcılarının sayını artırmaq məqsədilə İqtisadiyyat Nazirliyi “SOCAR Methanol” və həmin məhsul istehlakçıları olan yerli şirkətlərin iştirakı ilə ixtisaslaşmış forumun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Forum cari il oktyabrın 18-də baş tutacaq”, - E.Mustafayev vurğulayıb. **
N.Abbasova