Azərbaycan qazının Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutan “Cənib Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri $41,5 mlrd. təşkil edir. Bunu “Cənib Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev cümə günü Bakıda keçirilən “Argus-2017” Beynəlxalq neft sammitində çıxışında bildirib.
Öncə “CDQ” layihəsi $40 mlrd. səviyyəsində qiymətləndirilib.
“Cənib Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri $41,5 mlrd. təşkil edir. Bununla belə, “Şahdəniz” yatağının işlənməsi üzrə Mərhələ-2 layihəsinin dəyəri $23,9 mlrd., Cənubi-Qafqaz boru kəməri magistralının genişləndirilməsi - $4,7 mlrd., Trans-Anadolu qaz kəmərinin tikintisi - $8 mlrd, Trans-Adriatik qaz kəmərinin tikintisi - 4,5 mlrd. təşkil edir”, - Ə.İsayev bəyan edib.
Onun sözlərinə görə, 2017-ci ilin avqust ayına “Şahdəniz” yatağının işlənməsi üzrə Mərhələ-2 layihəsinin reallaşdırılmasına xərclər $16,4 mlrd., Cənubi-Qafqaz boru kəməri magistralının genişləndirilməsinə - $3,8 mlrd., TANAP-ın tikintisinə - $4,5 mlrd., TAP-ın tikintisinə 2,3 mlrd. avro təşkil edib.
Ə.İsayev əlavə edib ki, Cənubi-Qafqaz boru kəməri magistralı layihəsinin ümumi dəyəri $41,5 mlrd. olduğu halda Azərbaycanın payı $11,8 mlrd. təşkil edir. “İndiyədək Azərbaycan tərəfindən $7,8 mlrd. sərf olunub”, - o vurğulayıb.
Baş direktor vurğulayıb ki, indiyədək “Şahdəniz” yatağının işlənməsi üzrə Mərhələ-2 layihəsinin reallaşdırılması çərçivəsində işlərin 96%-i, Cənubi-Qafqaz boru kəməri magistralının genişləndirilməsi üzrə işlərin 98%-i, TANAP-ın tikintisi üzrə işlərin 82%-i, TAP-ın tikintisi üzrə işlərin 53%-i yekunlaşıb. **
N.Abbasova