2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 0,6% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ÜDM-in nominal həcmi 50 mlrd. 67,3 mln. manat təşkil edib.
Yanvar-sentyabr aylarında qeyri-neft sektorunda ÜDM 2,5% - 31 mlrd. 327,2 mln. manatadək artıb.
Hesabat dövründə neft sektorunda ÜDM 6,5% azalaraq nominal ifadədə 18 mlrd. 740,1 mln. manat təşkil edib.
Yanvar-sentyabr aylarında ÜDM-in 40,2%-i sənayedə, 10,4%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 8,7%-i tikintidə, 6,9%-i nəqliyyatda və anbar təsərrüfatında, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7%-i informasiya və rabitə xidmətlərində, 16,3%-i digər xidmətlər sahəsində istehsal olunub, 7,4%-i isə vergilərin payına düşüb
9 ay ərzində ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5,149 min manat (azalma 1,6%) təşkil edib.
Azərbaycan hökuməti 2017-ci ildə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə respublikada ÜDM 3,1% azalıb.*
A.Əzizov