2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 28 mln. 792,8 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-sentyabr aylarında respublikada 28 mln. 755,4 min ton əmtəə nefti (azalma 3,4%) hasil olunub.
Hesabat dövründə 21 mlrd. 91 mln. kubmetr qaz (azalma 5,3%) hasil olunub, əmtəə qazının hasilat həcmi isə 13 mlrd. 509,7 mln. kubmetr (azalma 4,1%) təşkil edib.
2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil edib.
Energetika Nazilriyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.**
A.Əzizov