2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın dövlət büdcəsinin kəsiri 738,6 mln. manat və ya ÜDM-in 1,5%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilir.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 12 mlrd. 45,1 mln. manat, xərcləri 12 mlrd. 783,7 mln. manat təşkil edib.
Bununla yanaşı, cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri ötən ilin aanaloji dövrü ilə müqayisədə 19,2%, xərcləri 20,3% artıb.
2017-cı ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 766 mln. manat, xərcləri 17 mlrd. 941 mln. manat səviyyəsində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 175 mln. manat və ya ÜDM-in 1,8%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Əzizov