2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən yaşayış yerlərinin ümumi sahəsi 1 mln. 263 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ay ümumi sahəsi 145,8 min kvadratmetr olan yaşayış yerləri istismara verilib.
Statistik məlumatlara əsasən, yanvar-sentyabr aylarında mənzil tikintisinə 696,7 mln. manat (artım 47,6%), o cümlədən sentyabrda 169,6 mln. manat investisiya qoyulub.
Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda istismara verilən yaşayış yerlərinin ümumi sahəsi 1 mln. 677,1 min kvadratmetr təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 13,2% azdır.*
Bəhram Rüstəmbəyov