2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 11 mlrd. 90,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin yanvar-sentyabr aylarında kapital qoyuluşlarının ümumi həcmindən 8 mlrd. 615,4 mln. manat (bütün investisiyaların 77,7%-i) istehsalat təyinatlı obyektlərin, 1 mlrd. 778,7 mln. manat (bütün investisiyaların 16%-i) xidmət obyektlərinin, 696,7 mln. manat (bütün investisiyaların 6,3%-i) yaşayış sahələrinin inşasına yönəldilib.
Hesabat dövründə əsas kapitala xarici investisiyaların həcmi 6 mlrd. 599 mln. manat (bütün investisiyaların 59,5%-i), daxili investisiyaların həcmi 4 mlrd. 491,8 mln. manat (bütün investisiyaların 40,5%-i) təşkil edib.
Yanvar-sentyabr aylarında qeyri-neft sektoruna kapital qoyuluşları 6 mlrd. 467,8 mln. manat (bütün investisiyaların 58,3%-i), qeyri-neft sektoruna kapital qoyuluşları 4 mlrd. 623 mln. manat (bütün investisiyaların 41,7%-i) təşkil edib.
Qeyd olunan dövrdə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 8 mlrd. 107,3 mln. manat və ya bütün kapital qoyuluşlarının 73,1%-ni təşkil edib.*
Bəhram Rüstəmbəyov