Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Tbilisiyə yola düşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşündə iştirak etmək üçün bu gün Tbilisi şəhərinə yola düşüb”, - deyə məlumatda bildirilir.
Görüş oktyabrın 17-də keçiriləcək.*
R.Babayev