Azərbaycan İqtisadiyyat Nazirliyi 14-17 noyabr tarixlərində Rusiyaya ixrac missiyası təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“İxrac missiyasına meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, təbii meyvə şirələri, qənnadı məhsulları, qurudulmuş meyvə, süd və süd məhsulları, ət və ət məhsullarının istehsalı ilə məşğul olan şirkətlər daxil olacaq”, - deyə məlumatda bildirilir.
İxrac missiyasında iştirak edəcək ixracatçılar noyabrın 3-də müsabiqə əsasında seçiləcək.
“Missiyada iştirak etmək istəyən şirkətlər sənədlərini 18 oktyabr tarixindən gec olmayaraq AZPROMO-ya təqdim etməlidirlər”, - deyə məlumatda qeyd olunur.
A.Əzizov