2017-ci ilin yanvar-sentyabr aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 1 mlrd. 165,678 mln. manat vergi ödəyib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13,7% çoxdur. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Sentyabr ayında SOCAR tərəfindən dövlət büdcəsinə 117 mln. 330 min manat vergi ödənilib.
Yanvar-sentyabr ayları ərzində şirkətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 112 mln. 426 min manat (artım 4,9%), sentyabrda 12 mln. 600 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 395,421 min manat vergi ödəyib.
SOCAR-ın 2017-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 280 mln. manat səviyyəsində müəyyən edilib.*
N.Abbasova