Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov “Valday” beynəlxalq diskussiya klubunun iclasında iştirak edəcək.
“F.Məmmədov “Valday” klubunun 16-19 oktyabr tarixlərində Soçidə keçiriləcək “Yaradıcı destruksiya: Mövcud münaqişələrdən yeni dünya nizamı meydana gəlir?” mövzusundakı XIV illik iclasında iştirak edəcək”, - deyə mərkəzin məlumatında bildirilir.
“Valday” klubunun Rusiya və digər regionlardan olan ekspert və ictimai-siyasi xadimlərin, dövlət rəsmilərinin iştirakı ilə keçirilən görüşündə dünyanın geosiyasi mənzərəsindəki münaqişələrə, eləcə də varlı və kasıb təbəqə, insan və təbiət, universallıq və mənsubiyyət, inkişaf və humanizm arasıdakı toqquşmalara dair mövzular müxtəlif rakurslardan analiz ediləcək.
İclas “Gələcəyin Dünyası: Münaqişədən harmoniyaya keçid” mövzusundakı plenar sessiya ilə başa çatacaq.*
R.Babayev