2017-ci il noyabrın 8-də SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində Ekologiya İdarəsi tərəfindən hazırlanmış Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək. Bu barədə şirkətin elanında deyilir.
Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernizasiya layihəsi, layihənin həyata keçirildiyi dövrdə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də aparılmış monitorinqlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər. İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq.*
N.Abbasova